Yüksək Keyfiyyətli Tərcümə

Rapid Translation şirkəti üçün keyfiyyət anlayışı yüksək dərəcədə əhəmiyyət kəsb edir. Çünki biz bilirik ki, sizə məna cəhətdən düzgün və stilistika cəhətdən təbii səslənən tərcümə lazımdır. Biz ancaq etibar etdiyimiz və ən azı 5 il təcrübəsi olan tərcüməçilərlə işləyirik və bir çox şirkətlərin istifadə etdiyi təsadüfi, ucuz və təcrübəsiz tərcüməçilərlə işləməkdən hər zaman imtina edirik. Sizə təqdim olunan hazır tərcümənin keyfiyyətindən əmin ola bilərsiniz, çünki biz işgüzar etikaya ciddi riayət edirik. Şirkətin işçi heyəti özünü müştərilərə keyfiyyətli tərcümə xidmətlərinin göstərilməsinə həsr edir. Buna nail olmaq üçün biz müxtəlif yollarla keyfiyyətə nəzarət edirik. Məsələn, mətnin korrektə edilməsi, üçüncü şəxs tərəfindən yoxlanılması, orfoqrafiyanın yoxlanılması və s. Biz yüksək keyfiyyətə nail olmaq üçün müəyyən qaydalara riayət edirik:

Dəqiqlik

Mənanı dəqiq çatdırmaq üçün maksimal dərəcədə tərcüməni sənədin əslinin mənasına uyğunlaşdırmaq

Mənalı

Sənədin ilkin versiyasının mənasının qorunub saxlanılmasına əmin olmaq və eyni zamanda hər bir təffərrüatı çatdırmaq məqsədilə tərcümə olunan dilin tam imkanlarından istifadə etmək

Bütövlük

Tərcümə edilən sənədin dilinə təsir edə biləcək hər bir nüans və incəlikləri nəzərə almaq

 
 
 
 
© 2017 Rapid Translation. Bütün hüquqlar qorunur. Designed By EmilioCrea